Bakı. Trend:
Niderlandın "ING Group" bank qrupu 2028-ci ilə qədər "Brent" markalı neftin və "Dutch TTF" təbii qazının qiymətləri üzrə yenilənmiş proqnozunu dərc edib.
Trend xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, 2026-cı ildə "Brent" markalı neftin orta illik qiyməti bir barel üçün 68 ABŞ dolları, "Dutch TTF" üzrə isə bir meqavat-saat üçün 32 avro təşkil edəcək. 2027-ci ildə isə Brent neftinin və Dutch TTF təbii qazının orta illik qiymətlərinin müvafiq olaraq bir barel üçün 62 ABŞ dolları və bir meqavat-saat üçün 26 avroya çatacağı gözlənilir.
Xüsusilə, 2026-cı ilin birinci rübündə Brent neftinin qiyməti bir barel üçün 72 dollar, ikinci rübdə 71 dollar, üçüncü rübdə 68 dollar, dördüncü rübdə isə 62 dollar səviyyəsində proqnozlaşdırılır. "Dutch TTF" üzrə isə 2026-cı ilin birinci rübündə qiymətlərin bir meqavat-saat üçün 37 avro, ikinci rübdə 31 avro, üçüncü rübdə 28 avro, dördüncü rübdə isə 30 avro olacağı gözlənilir.
2027-ci ilin birinci rübündə "Brent" neftinin qiymətinin bir barel üçün 58 dollar, ikinci rübdə 60 dollar, üçüncü rübdə 66 dollar, dördüncü rübdə isə 63 dollar olacağı proqnozlaşdırılır. Dutch TTF üzrə isə 2027-ci ilin birinci rübündə qiymətlərin bir meqavat-saat üçün 30 avro, ikinci və üçüncü rüblərdə 24 avro, dördüncü rübdə isə 27 avro təşkil edəcəyi gözlənilir.
