...

Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib

Siyasət Materials 5 Mart 2026 22:37 (UTC +04:00)
Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi daha da artıran, regional sülh və sabitliyə xələl gətirən hərəkətləri pisləyir.

Trend xəbər verir ki, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bu barədə özünün X sosial media hesabında bildirib.

“Qardaş ölkə Azərbaycana olan son hücumlarla bağlı ciddi narahatlığımızı bildiririk. Regionda sülhün və sabitliyin qorunması üçün gərginliyin azaldılmasına çağırır, dialoq və diplomatiyanın davam etdirilməsinin zəruriliyini təkrar edirik”, - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti