Bakı. Trend:
Niderlandın ING bank qrupu 2028-ci ilə qədər Azərbaycanın ÜDM artımı ilə bağlı yenilənmiş proqnozunu dərc edib.
Trend xəbər verir ki, analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə illik ÜDM artımı 2,5 faiz təşkil edəcək, 2027-ci ildə isə artımın 3 faizə qədər sürətlənəcəyi gözlənilir.
2026-cı il üzrə rüblər üzrə aşağıdakı göstəricilər proqnozlaşdırılır: birinci rübdə ÜDM artımı 3 faiz, ikinci rübdə 2 faiz, üçüncü rübdə 4 faiz, dördüncü rübdə isə 1 faiz olacaq.
2027-ci ildə dinamika belə olacaq: birinci rübdə artımın 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artıb. ÜDM-in istehsal strukturunda sənayenin payı 33 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 6,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə 2,1 faiz, digər sahələr 21,7 faiz təşkil edib. Məhsullara və idxala görə xalis vergilər ÜDM-in 9,6 faizinə bərabər olub.
Adambaşına düşən ÜDM isə 12 602,2 manat təşkil edib.
