...

Azərbaycanla Böyük Britaniya rəqəmsal transformasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Telekommunikasiya Materials 5 Mart 2026 17:30 (UTC +04:00)
Azərbaycanla Böyük Britaniya rəqəmsal transformasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniya arasında rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüş keçirdik.

Görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.

Eyni zamanda Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı, eləcə də süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti