...

Xaçmazın Niyazoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Cəmiyyət Materials 5 Mart 2026 16:16 (UTC +04:00)
Xaçmazın Niyazoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Niyazoba kəndində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, qəbulda Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Niyazoba, Qarabağlı, Əbilyataq, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Niyazoba kəndində Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Səyyar qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə sakinləri təbrik edib, onlara xoş arzularını çatdırıb. Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə mütəmadi keçirilən səyyar qəbulların əhəmiyyətindən danışıb.

Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, kəndlərə gediş-gəliş üçün ictimai nəqliyyatın açılması və məktəb binasının istiliklə təchizatının yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti