Bakı. Trend:
Biz İranın Azərbaycana qarşı zərbəsini qətiyyətlə pisləyirik.
Trend xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında bildirib.
“Biz İranın Azərbaycana qarşı zərbəsini qətiyyətlə pisləyirik; bu hücum onun Yaxın Şərq və Avropadakı ölkələrə qarşı düşüncəsiz hücumlarının davamıdır”, -deyə Sibiqa vurğulayıb.
Onun sözlərinə görə, İranın Azərbaycana hücumu bir daha göstərir ki, Tehrandakı rejim regional deyil, qlobal təhdiddir.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
