...

"SOCAR Balkan" Bolqarıstanda hibrid qazlaşdırma layihəsi haqda (ÖZƏL)

Energetika Materials 5 Mart 2026 10:28 (UTC +04:00)
"SOCAR Balkan" Bolqarıstanda hibrid qazlaşdırma layihəsi haqda (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə Bulgartransgaz şəbəkəsinə qoşulmayan regionlara sıxılmış təbii qazın (CNG) tədarükünü nəzərdə tutan hibrid qazlaşdırma layihəsi çərçivəsində uğur əldə olunub.

Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Biz Ruse vilayətində məscid və kilsə də daxil olmaqla 46 sənaye və 5 sosial istehlakçını qazla təchiz etmişik. 2025-ci ildə ümumi qaz tədarükü həcmi təxminən 80 milyon kubmetr təşkil edib”, – deyə o bildirib.

SOCAR-ın Bolqarıstanda neft məhsulları bazarındakı fəaliyyəti ilə bağlı Murad Heydərov qeyd edib ki, şirkət hazırda ilkin pilot tədarüklər çərçivəsində kommersiya imkanlarını və perspektivləri qiymətləndirir:

“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağın mürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənmə istiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklər görürük”, – deyə o bildirib.

SOCAR-ın Bolqarıstanın neft məhsulları bazarındakı fəaliyyətinə gəlincə, M. Heydərov bildirib ki, şirkət ilkin pilot tədarüklər çərçivəsində kommersiya imkanlarını və perspektivlərini qiymətləndirməkdədir.

“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağın mürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənmə istiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklər görürük”, – deyə o bildirib.

Bundan başqa M. Heydərov qeyd edib ki, 2025-ci ildə “Azerbaijan Gas Supply Company” (AGSC) və SOCAR tərəfindən Bolqarıstana ümumi qaz tədarükü həcmi 2 milyard kubmetrdən bir qədər az olub ki, bu da 2024-cü ilin göstəricisinə yaxındır:

“Cari və növbəti illər üçün proqnozlar Bolqarıstan bazarındakı tələbatdan və regional qaz portfelimizdən asılıdır”.

Qeyd edək ki, daha əvvəl Bolqarıstanın Energetika Nazirliyi bildirib ki, hazırda ölkədə təbii qaz istehlakının təxminən 40 faizi 25 illik müqavilə əsasında Azərbaycan tərəfindən təmin edilir.

“Bu saziş tədarüklərin proqnozlaşdırıla bilən olmasını, etibarlılığını və Avropada ən rəqabətə davamlı qiymət şərtlərindən birini təmin edir. Qeyri-sabit bazarlar dövründə Azərbaycan qazı sabitləşdirici rol oynayır — tədarüklər fasiləsiz həyata keçirilir, müqavilə parametrləri isə kəskin qiymət dəyişkənliklərinin təsirini məhdudlaşdırır. Bu isə biznes və ev təsərrüfatları üzərində təzyiqin azalması, iqtisadiyyatın dayanıqlılığının artması və Bolqarıstan sənayesinin rəqabət qabiliyyətinin qorunması deməkdir”, – nazirlikdən bildirilib.

Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Trayço Traykov vurğulayıb ki, regional qaz infrastrukturunun inkişafı və Bolqarıstanın Azərbaycanla təbii qaz tədarükü üzrə uzunmüddətli tərəfdaşlığı enerji təhlükəsizliyinin artırılması, mənbə və marşrutların şaxələndirilməsi baxımından mühüm şərtlərdir.

“İndiki kimi böhranlar zamanı strateji tərəfdaşlıqlar öz real dəyərini nümayiş etdirir. Azərbaycan etibarlı uzunmüddətli tərəfdaş və enerji sabitliyimizin dayağıdır”,- deyə Traykov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti