...

Makron mart ayında Yaponiyaya səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 5 Mart 2026 06:49 (UTC +04:00)
Makron mart ayında Yaponiyaya səfər etməyi planlaşdırır

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron mart ayında Yaponiyaya səfər edərək Baş nazir Sanae Takaiçi ilə danışıqlar aparmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumət mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, görüş zamanı Makron, o cümlədən İran və Ukrayna ətrafındakı vəziyyəti, eləcə də Asiya-Sakit Okean regionundakı təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədir.

Bildirilib ki, səfər zamanı Makronun 2025-ci ilin dekabr ayında səfər etdiyi Çin ilə münasibətlərə də toxunulacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti