Bakı. Trend:
ABŞ administrasiyası əmindir ki, Qrenlandiya ilə bağlı danışıqlar nəticədə Vaşinqtonun istədiyi nəticəni verəcək.
Trend-in məlumatına görə, bunu ABŞ-in Siyasi İşlər üzrə müdafiə nazirinin müavini Elbric Kolbi təsdiqləyib.
"Əminəm ki, istifadə olunan proses yaxşı nəticə verəcək. Qrenlandiya ilə bağlı əsas maraqlarımızın əks olunması vacibdir", - deyə o bildirib.
O, ABŞ-ın Qrenlandiya ilə bağlı Avropaya qarşı təhdidlərinin əslində Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) sarsıtdığı qənaətini rədd etdi.