...

Azərbaycanla Böyük Britaniya rəqəmsal infrastruktur üzrə əməkdaşlığı müzakirə ediblər (FOTO)

İqtisadiyyat Materials 4 Mart 2026 21:06 (UTC +04:00)
Azərbaycanla Böyük Britaniya rəqəmsal infrastruktur üzrə əməkdaşlığı müzakirə ediblər (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniya arasında rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyanın İxrac maliyyələşdirilməsi üzrə dövlət agentliyinin baş icraçı direktoru Tim Rid ilə görüş keçirdik.

Görüşdə Azərbaycanda nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində aparılan transformasiya barədə məlumat verdik. Bu sahədə Birləşmiş Krallıqla strateji tərəfdaşlıq imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti