Bakı. Trend:
"Hizbullah" hərəkatı (Livan) bazar ertəsi münaqişəyə qoşulandan bəri İsrail Müdafiə Qüvvələri (İDF) Livanda 250-dən çox hədəfə zərbələr endirib.
Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hədəflərə yüksəkvəzifəli "Hizbullah" üzvləri, raket buraxılışı nöqtələri, silah-sursat anbarları, "Hizbullah" eləcə də digər terror qruplaşmalarına məxsus qərargahlar daxil olub.
Məlumata görə, gecə ərzində "Hizbullah"ın Nəbatiyə bölgəsində yerləşən komanda mərkəzi, eləcə də təşkilata məxsus Livanın cənubundakı digər obyektlərə zərbələr endirilib.
Qeyd edilib ki, ötən gecə Tel-Əviv və Hayfa şəhərlərinə üç raket atmaq üçün istifadə olunan "Hizbullah"a məxsus raket buraxılış qurğusu hücumdan bir saat sonra həyata keçirilən zərbə nəticəsində məhv edilib.
