...

Britaniya "yaşıl" enerji dəhlizləri sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial görür - Ticarət elçisi

Yaşıl iqtisadiyyat Materials 3 Mart 2026 15:07 (UTC +04:00)
Britaniya "yaşıl" enerji dəhlizləri sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial görür - Ticarət elçisi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Krallıq “yaşıl enerji dəhliz”ləri və təmiz enerji layihələri üzrə Azərbaycanla əməkdaşlıqda böyük potensial görür.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays bu gün keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və “Yaşıl” enerji üzrə Məşvərət Şurasının 4-cü nazirlər iclasında onlayn çıxışında deyib.

“Azərbaycan regional və Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi öz rolunu yüksək peşəkarlıqla yerinə yetirir. Artıq otuz ildən çoxdur ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında münasibətlərin təməlini enerji sahəsində əməkdaşlıq təşkil edir. Birləşmiş Krallıq “yaşıl enerji dəhliz”ləri və təmiz enerji layihələri üzrə əməkdaşlıqda böyük potensial görür. Bu təşəbbüslər yalnız Azərbaycana deyil, həm də daha geniş regiona və Avropa bazarlarına mühüm töhfə verəcək”,- o bildirib.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti