Bakı. Trend:
Bu ilin yanvar ayında "SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər 14,9 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın yanvar sayına istinadən məlumat verir.
Bu göstərici 2025-ci ilin yanvar göstəriciləri ilə müqayisədə təxminən 200 min dollar və ya 1,3 faiz azdır.
Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.
