Bakı. Trend:
Azər Türk Bank daha sərfəli şərtlərlə müştərilərə istehlak kreditləri təklif edir.
Müraciət edən şəxsin ala biləcəyi zaminsiz kreditin maksimal məbləği indi 80 000 manatdır.
Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9%-dir.
Kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.
Qeyd edək ki, bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.
Kampaniya 2026-ci il 30 aprel daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.