...

La Liqa klubunda baş məşqçi dəyişikliyi olub

İdman Materials 4 Mart 2026 10:03 (UTC +04:00)
La Liqa klubunda baş məşqçi dəyişikliyi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “Alaves” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa təmsilçisi Eduardo Koudet ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib.

Klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, komandanı Kike Sançez Flores çalışdıracaq. 61 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. Kike Sançez buna qədər "Valensiya”, “Atletiko", "Benfika" və “Xetafe” klublarını çalışdırıb.

Qeyd edək ki, "Alaves" hazırda La Liqada 26 oyundan sonra 27 xalla 16-cı yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti