...

TRIPP layihəsi təbii qaz və elektrik enerjisi axınları üçün yeni imkanlar yaradacaq - SOCAR rəsmisi

İqtisadiyyat Materials 3 Mart 2026 14:45 (UTC +04:00)
TRIPP layihəsi təbii qaz və elektrik enerjisi axınları üçün yeni imkanlar yaradacaq - SOCAR rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsi regionumuzda şərq-qərb bağlantısının struktur davamlılığının möhkəmləndirilməsi baxımından mühüm mərhələdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.

O bildirib ki, enerji infrastrukturunu özündə birləşdirən inteqrə olunmuş dəhliz kimi nəzərdə tutulan bu marşrut Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa bazarları arasında neft, təbii qaz və elektrik enerjisi axınları üçün yeni imkanlar yaradacaq: "Mövcud enerji əlaqələrini gücləndirməklə yanaşı, bu təşəbbüs yaşıl enerjinin ötürülməsi və aşağı karbonlu enerji sistemlərinin inteqrasiyası üçün də yeni perspektivlər açır. Marşrutların şaxələndirilməsi, sistem dayanıqlığının və regional qarşılıqlı asılılığın artırılması vasitəsilə bu layihə Orta Dəhlizin strateji platforma kimi rolunu daha da möhkəmləndirəcək, regionumuzun formalaşmaqda olan enerji mərkəzi kimi mövqeyini gücləndirərək uzunmüddətli enerji təhlükəsizliyi və dayanıqlı iqtisadi inkişafa töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti