...

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Qazaxıstan “yaşıl” enerji təchizatçısına çevriləcək - Nazir müavini (ÖZƏL)

İqtisadiyyat Materials 3 Mart 2026 17:34 (UTC +04:00)
“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Qazaxıstan “yaşıl” enerji təchizatçısına çevriləcək - Nazir müavini (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Qazaxıstan “yaşıl” elektrik enerjisinin etibarlı təchizatçısına çevriləcək.

Bunu Trend-ə Qazaxıstanın Energetika nazirinin müavini Sanjar Jarkeşov bildirib.

Onun sözlərinə görə, “yaşıl” enerjinin ixracı məqsədilə Qazaxıstan, Özbəkistan və Azərbaycanın enerji sistemlərinin inteqrasiyası üzrə mərhələlərin aydın ardıcıllığı mövcuddur.

“Biz prosesin necə həyata keçiriləcəyini dəqiq anlayırıq. Hər üç iştirakçı əsas məsələləri - təchizat həcmlərini, tarifləri, texniki sxemləri, həmçinin enerji istehlakı və paylanması üzrə proqnozları müzakirə edir”, - deyə o bildirib.

Nazir müavini Qazaxıstanda bərpa olunan enerji sektorunun fəal inkişaf etdiyini vurğulayıb. Ölkədə ümumi gücü 6 QVt-dan artıq olan 160-dan çox bərpa olunan enerji layihəsi həyata keçirilir və hər il yeni obyektlər istismara verilir.

“Yaşıl dəhliz layihəsi reallaşan zaman bizim daha çox generasiya güclərimiz olacaq. Bilirik ki, Özbəkistan da ‘yaşıl energetika’ sahəsində güclərini fəal şəkildə artırır. Buna görə hesab edirəm ki, layihə böyük perspektivə malikdir və Qazaxıstan ixracatçı ölkə kimi ‘yaşıl’ elektrik enerjisinin etibarlı təchizatçısına çevriləcək”,- deyə S. Jarkeșov əlavə edib.

Neft tədarüklərinə gəlincə, o bildirib ki, Qazaxıstan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə nəql olunan neftin həcmləri artırmağı planlaşdırır, lakin hər şey tariflərdən və bazar tələbatından asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti