...

ABŞ Səudiyyə Ərəbistanı və Kiprdəki diplomatik nümayəndəlik əməkdaşlarını ölkəni tərk etməyə çağırıb

Dünya xəbərləri Materials 4 Mart 2026 10:43 (UTC +04:00)
ABŞ Səudiyyə Ərəbistanı və Kiprdəki diplomatik nümayəndəlik əməkdaşlarını ölkəni tərk etməyə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

3 mart 2026-cı il tarixində ABŞ Dövlət Departamenti təhlükəsizlik riskləri səbəbindən ABŞ hökumətinin zəruri əhəmiyyətli vəzifələrdə olmayan əməkdaşlarına (səfirlik/konsulluq əməkdaşları və s.) və onların ailə üzvlərinə Səudiyyə Ərəbistanını tərk etmələrinə icazə verib.

Trend xəbər verir ki, bu barədə sənəd ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunub.

Sənədə əsasən, 28 fevral tarixində ABŞ ilə İran arasında hərbi əməliyyatların başlamasından sonra İrandan pilotsuz uçuş aparatları və raket hücumları təhlükəsi davam edir, həmçinin kommersiya aviareyslərində ciddi pozuntular müşahidə olunur. Təhlükəsizlik risklərinə görə ABŞ hökumətinin Səudiyyə Ərəbistanındakı ABŞ vətəndaşlarına təcili xidmətlər göstərmək imkanları məhduddur.

Həmçinin qeyd olunur ki, Səudiyyə Ərəbistanında terror zorakılığı və terror hücumları riski mövcuddur:

“Terror təhlükəsi ölkədə aktual olaraq qalır. Hücumlar xüsusilə bayram günləri zamanı əvvəlcədən xəbərdarlıq olmadan baş verə bilər. Hücumlarda bıçaqlar, odlu silahlar və nəqliyyat vasitələri istifadə oluna bilər”

Eyni zamanda Yəməndən Husi qiyamçılarının raket hücumları riskinin mövcud olduğu bildirilir.

ABŞ hökuməti eyni zamanda Kiprdə olan ABŞ diplomatik missiyasının zəruri vəzifələr tutmayan əməkdaşlarının və onların ailələrinin ölkədən çıxmasına icazə verən müvafiq müraciət dərc edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti