Bakı. Trend:
Cənub Qaz Dəhlizinə (SGC) qoyulan investisiyalar artıq özünü doğruldur və layihənin genişləndirilməsi istiqamətində Avropa İttifaqı ilə dialoq davam etdirilir.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Cənub Qaz Dəhlizi uzunmüddətli strateji xarakterli layihədir. Şübhəsiz ki, bu layihəyə yönəldilmiş bütün investisiyalar artıq geri qayıtmaqdadır və layihə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Sözsüz ki, bu, ölkəmizə əhəmiyyətli həcmdə gəlir gətirən strateji layihədir. Gələcəkdə onun daha da genişləndirilməsini arzu edirik və bu məqsədlə Avropa İttifaqı ilə müzakirələr aparırıq", - nazir vurğulayıb.
