...

Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır - Pərviz Şahbazov

Energetika Materials 3 Mart 2026 17:33 (UTC +04:00)
Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır - Pərviz Şahbazov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır. Düşünürəm ki, gələcəkdə əməkdaşlıq genişləndiriləcək.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Bizim Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədimiz var. Biz bu formatda çox sıx işləyirik. Biz bu sənəd çərçivəsində həm Cənub Qaz Dəhlizi, həm "yaşıl enerji" layihələri formatında çox sıx əməkdaşlıq edirik. Buraya digər istiqamətlər də daxildir. İstər enerji səmərəliliyi, istər karbon emissiyalarının azaldılması vɛ bir sıra digər enerji sahəsinə aid olan məsələlər də bu əməkdaşlığın ayrılmaz hissəsidir", - nazir əlavə edib.

O qeyd edib ki, Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır.

"Artıq uzun illərdir ki, enerji təchizatını göstərir. Son illərdə xüsusilə Avropada enerji təhlükəsizliyi sahəsində ortaya çıxan məsələlərin həlli məqsədilə Avropaya təchiz etdiyimiz təbii qaz xüsusi rola malikdir. Bu gün biz bu əməkdaşlığın gələcəkdə necə inkişaf etdirməli olacağımız haqqında geniş dialoq apardıq. Düşünürəm ki, növbəti mərhələdə bu əməkdaşlıq daha da genişləndiriləcək.

Eyni zamanda "yaşıl enerji" layihələrinin inkişafı, həyata keçirilməsi vüsət alıb. Bu sahədə həyata keçirilən addımlar Avropa İttifaqı üçün çox maraqlıdır. Aİ Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələri dəstəkləyir. Bu, həm "yaşıl enerji"nin generasiyası, həm də ümumiyyətlə elektrik enerjisi dəhlizləri il bağlı layihələrə aiddir. İnterkonnektorlar Azərbaycanı həm Avropa, həm Mərkəzi Asiya, həm də gələcəkdə Yaxın Şərqlə birləşdirmək imkanlarını ortaya qoyur. Biz bu istiqamətdə gündəlik çalışırıq və Avropa İtifaqı ilə layihələri koordinasiya edirik", - Şahbazov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti