...

Monteneqro və Azərbaycan arasında əməkdaşlığın prioritetlərinə dair memorandum imzalana bilər (ÖZƏL)

İqtisadiyyat Materials 3 Mart 2026 13:02 (UTC +04:00)
Monteneqro və Azərbaycan arasında əməkdaşlığın prioritetlərinə dair memorandum imzalana bilər (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın həftələrdə Monteneqro və Azərbaycan arasında əməkdaşlığın prioritetlərinə dair memorandum imzalana bilər.

Bunu Trend-ə Monteneqronun dövlət katibi Dino Tutuciç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları çərçivəsində deyib.

"Əvvəlcə, bu günlərdə Bakıda olmaq mənim üçün böyük bir şərəfdir. Bu nazirlər görüşü və şura — azərbaycanlı tərəfdaşlarımızla, həmçinin bütün iştirakçı nazirlər və ölkələrlə əlaqələr qurmaq üçün əla bir fürsətdir", - deyə o bildirib.

Tütünciçin sözlərinə görə, Məşvərət Şurası, Monteneqronun dost ölkə hesab etdiyi Azərbaycanla əlaqələri dərinləşdirmək üçün bir fürsət kimi qiymətləndirilir. O, xüsusilə neft və qaz sahəsində böyük potensialın mövcud olduğunu vurğulayıb.

"Mən bunu görüş çərçivəsində Qərbi Balkan və Avropa ölkələri ilə, eləcə də Azərbaycanla birlikdə konkret nəticələr əldə etmək və faydalı təşəbbüsləri həyata keçirmək üçün bir fürsət kimi də qiymətləndirirəm", — deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti