...

"Aston Villa" "Çelsi"nin forvardını transfer edəcək

İdman Materials 3 Mart 2026 13:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Aston Villa” hazırda “Bavariya”da icarə əsasında oynayan “Çelsi”nin seneqallı hücumçusu Nikolas Ceksonla müqavilə imzalamaqda maraqlıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi onunla icarə müqaviləsini artırmağı planlaşdırmır.

Belə olan halda, Cekson mövsümün sonunda “Çelsi”yə geri qayıdacaq. Lakin “zadəganlar”ın məşqçilər korpusu da onu gələcək planlarında görmür və o, yenidən yeni klub axtarmalı olacaq.

Bu vəziyyətdə “Aston Villa” hücumçuya müqavilə təklif edəcək və yayda onu heyətinə qatacaq. Seneqal millisinin üzvü olan 24 yaşlı hücumçu “Kasa Sports”(Seneqal), “Vilyarreal”, “Mirandes”(hər ikisi İspaniya) klublarında da oynayıb.

Onun “Çelsi” ilə müqavilə müddəti 2033-cü il iyunun 30-na qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti