...

İrandan Azərbaycana 312 nəfər təxliyə edilib (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 2 Mart 2026 12:55 (UTC +04:00)
İrandan Azərbaycana 312 nəfər təxliyə edilib (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Trend-in məlumatına görə, 28 fevral saat 8:00-dan – 2 mart saat 10-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 312 nəfər təxliyə olunub.

Belə ki, 101 Azərbaycan, 76 Çin, 39 Rusiya, 32 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 18 Tacikistan, 6 Birləşmiş Ərəb Əmirlikləri, 4 İordaniya, 3 Qətər vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2 nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. Türkiyə, İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

xxx

11:56

Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən bu gün səhər saatlarından etibarən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

Trend xəbər verir ki, hazırkı vaxtadək 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub. Onlar müvafiq qeydiyyat və sənəd yoxlanışı prosedurlarından keçirilib, təhlükəsiz və nizamlı şəkildə ölkə ərazisinə daxil olublar.

Qeyd edək ki, gecə saatlarında da keçid prosesi fasiləsiz davam etdirilib və bu müddət ərzində 50 Çin vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub.

Proses aidiyyəti qurumların nəzarəti altında, müvafiq qaydalara uyğun şəkildə həyata keçirilir və təxliyə tədbirləri mərhələli şəkildə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti