...

Boşanma zamanı qadınların niyyəti nəzərə alınsın – Deputatdan təklif

Cəmiyyət Materials 3 Mart 2026 12:15 (UTC +04:00)
Boşanma zamanı qadınların niyyəti nəzərə alınsın – Deputatdan təklif
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda nikah və boşanmalarla bağlı vəziyyət ürəkaçan deyil, acınacaqlı vəziyyət var.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, ötən ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Bakı şəhərində qeydə alınmış nikahların 56 %-i boşanma ilə nəticələnib:

“100 nəfər nikah bağlayan ailə varsa, bir il keçməmiş 56-sı boşanır. Bu, olduqca ciddi məsələdir. Bunun da bir qismində daha çox evin kişi mənsubu şəxsini ittiham edib, daha çox ağırlığı onun üzərinə qoyub, aliment kəsirlər. Bunun da sıxıntısını onlar çəkirlər. Bir çox hallarda qadınlar tərəfindən məqsədli şəkildə ailə qurduqdan bir neçə müddət keçdikdən, bir övlad dünyaya gəldikdən sonra aliment almaq məqsədilə süni şəkildə boşanma tələbi irəli sürülür”.

Millət Vəkili Mediasiya Şurasına yeni səlahiyyət verilməsini təklif edib:

“Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə xüsusilə qadınların, ola bilsin, kişilərin niyyəti ilə bağlı rəy versinlər və məhkəmə bu rəyi xüsusi diqqətə alaraq alimentin kəsilməsində ədalətli olsun. Çünki bir çox hallarda ailənin boşanmasının karını müəyyən etmək olmur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti