Bakı.Trend:
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 31 mart 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə və Gəncə-Gədəbəy istiqamətlərində 11 lot üzrə aprelin 14-də;
Gədəbəy-Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala və Tərtər-Horadiz istiqamətlərində 11 lot üzrə aprelin 17-də;
Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın və Balakən-Zaqatala istiqamətlərində 13 lot üzrə aprelin 21-də;
Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi - Xudat avtostansiyası istiqamətlərində, eləcə də 102 nömrəli (metronun "20 Yanvar" stansiyası (M.Həsənov küçəsi) - Xocəsən qəsəbəsi (Moskva Dövlət Universiteti)), 137 nömrəli (Elçin Həsənli küçəsi (Masazır kəndi) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 195 nömrəli (Ələt qəsəbəsi – “Abşeron” ticarət mərkəzi), 512 nömrəli (Aşağı Güzdək qəsəbəsi - Müşfiqabad qəsəbəsi), 122 nömrəli (Maştağa qəsəbəsi - Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” yaşayış massivi), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi - Sahil qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 9 lotda aprelin 24-də;
448 nömrəli (Mərdəkan qəsəbəsi - Şüvəlan qəsəbəsi (Mayak bağları), 510 nömrəli (Çaylı kəndi - Müşfiqabad qəsəbəsi) şəhərətrafı, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, Qədili (Samux) - Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) - Gəncə (avtovağzal), Düzqışlaq (“Şəmkir” stansiyası) - Gəncə (avtovağzal), Alıuşağı (Samux) - Gəncə (dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə (avtovağzal) avtobus marşrutları üzrə 9 lotda aprelin 28-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
