Bakı. Trend:
Cənubi Afrika Respublikası-nın Yohannesburq şəhərinin ətrafında yerləşən ərazidə tikilməkdə olan binanın çökməsi nəticəsində altı nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə "EWN" radiostansiyası məlumat yayıb.
Məlumata görə, tikinti sahəsində çalışan altı nəfər həyatını itirib. Xilasedicilər dağıntılar altından bir işçini çıxara bilsələr də, daha üç nəfər hələ də itkin düşmüş hesab olunur. Onların axtarışı davam edir.
İlkin məlumatlara əsasən, çökmüş binanın altında 15 nəfər qalmış ola bilər. Şahid bildirib ki, hadisə beton plitə quraşdırılarkən, ikinci mərtəbənin tavanı çökdükdən sonra baş verib.
Qeyd olunur ki, bina Ormond ərazisində tikilməkdə olan zavodun emalatxanalarından biridir.
