Bakı. Trend:
Hörmüz boğazı hazırda İran tərəfindən bağlanmayıb.
Trend xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu boğaz dünyanın əsas iqtisadi keçidlərindən biridir.
"Boğazdan keçən tankerlər üçün müxtəlif qaydalar var və ekoloji tədbirlər görülməlidir. Lakin ötən gün bəzi tankerlər qaydalara riayət etməyib və onlar barədə müvafiq iş aparılıb. Hadisələr belə davam edərsə, İran fərqli tədbirlər görüləcək", - deyə səfir bildirib.
