...

Yerin üzərində olan səthi çökmələrin metro ilə əlaqəsi yoxdur - Bəxtiyar Məmmədov

Cəmiyyət Materials 2 Mart 2026 11:22 (UTC +04:00)
Yerin üzərində olan səthi çökmələrin metro ilə əlaqəsi yoxdur - Bəxtiyar Məmmədov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Metronun “Həzi Aslanov” stansiyasının dalan yolu mövcud qırmızı xəttin sonuncu stansiyasıdır.

Trend xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün metronun “Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzən ictimaiyyət arasında metronun “Həzi Aslanlov 2” stansiyası ilə bu dalan yolu qarışıq salınır.

“Həzi Aslanov 2” şərti adı ilə tanınan stansiyanın inşaat işləri “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində inşa olunan 10 stansiyadan biri olacaq və onun inşası məhz həmin dövlət proqramına uyğun olaraq yekunlaşdırılacaq. Hazırda “Həzi Aslanov” stansiyasının dalan yolunda inşaat işlərinin əsas mərhələsi başa çatmaq üzrədir. 3 stansiyadan ibarət olan inşaat işlərinin sonuncu mərhələsi icra olunmaqdadır. Yan divarlar təxminən 1,5-2 metr civarında gücləndirməyə cəlb olunub, daha sonra isə yan divarların ön hissəsində 30 sm qalınlığında sökülmə və daha sonra yeni divarın inşası işləri aparılıb”.

Metropoliten rəsmisi vurğulayıb ki, bu inşaat işləri stansiyanın dalan yolunun, infrastrukturunun möhkəmliyini, uzunömürlüyünü təmin edəcək. Eyni zamanda gücləndirmə tədbirləri isə ətraf ərazilərə daxil olmaqla həm metro infrastrukturuna, həm də ətraf ərazilə təsirlərin qarşısını alacaq:

“Eyni zamanda, onun xüsusi qeyd edim ki, artıq döşəmə və yan divarlar hissəsində gücləndirmə işləri tam olaraq başa çatdırılıb və ilk iki mərhələ üzrə, yəni tunellərin təxminən 130 metrdən artığında gücləndirmə ilə əlavə divarların qurulması işləri də başa çatdırılıb. Həmin hissədə orta iki divarın inşası işləri də başa çatdırılıb və nəhayət sonuncu mərhələ üzrə işlərin tamamlanması üçün hazırlıq tədbirləri bitdikdən sonra divarların möhkəmləndirilməsi və bəzi hissələrin yerindən qurulmasına başlanılacaq. Tavan hissə xüsusi əhəmiyyət kəsb edir. Bəzən bu haqda da ictimaiyyət arasında bəzi yanlış fikirlər olur ki, yerin üstündə olan səthi çökmələrin hər birisi metropolitenə görə olur. Bu belə deyil".

B.Məmmədov əlavə edib ki, dalanın tavan hissədə də gücləndirmə işləri əsasən başa çatmaq üzrədir və bundan əlavə olaraq, xüsusi müasir inşaat materiallı olan karbon lifli izolyasiya qatı ilə təmin olunacaq. Bu isə həm tavanın dayanıqlığını, həm də kənar təsirlərinin azaldılmasını təmin edəcək. Son mərhələ olaraq infrastrukturun qurulması işlərinə başlanmalıdır:

“Bu işlərə aprel ayından başlanacaq və yol infrastruktürünün qurulması haparlacaq. Yol infrastrukturu ən müasir avadanlıqlarla təmin olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti