Bakı. Trend:
İranın bəzi vilayətlərində və böyük şəhərlərində bahalaşma səbəbi ilə kartof ixracı dayandırılıb.
Trend-in məlumatına görə, bunu İranın Mərkəzi Kənd Kooperasiyası Təşkilatının sədr müavini Murtaza Motəmed yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın Kənd Təsərrüfatı Nazirliyi ehtiyatdan kartofun vilayət bazarlarına göndərilməsinə göstəriş verib.
Motəmed bildirib ki, ölkədə hazırda kartof çatışmazlığında hər hansı problem yoxdur və müxtəlif vilayətlərdə bu məhsulun bazarlara satışa çıxarılması ilə qiymətlərin normallaşacağı gözlənilir.
Qeyd edək ki, son vaxtlar İranda bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən kartofun qiymətində ciddi artım qeydə alınıb.
