Bakı.Trend:
Azərbaycanda iyirmi bələdiyyəyə məxsus torpaq sahəsi hərraca çıxarılıb.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Saatlı, Yevlax, Lənkəran, Astara, Göyçay(iki bələdiyyə), Kürdəmir, Qazax(iki bələdiyyə), Xaçmaz(iki bələdiyyə), Quba(iki bələdiyyə), Beyləqan, Füzuli, Şamaxı, Şəki(iki bələdiyyə), Qax rayonlarında müvafiq bələdiyyələrə məxsus torpaq sahələrinin satışı həyata keçiriləcək.
Hərrac aprelin 1-də baş tutacaq.
Torpaq sahələrinin satışı kənd təsərrüfatı məhsullarının istehsalı, sahibkarlıq, kənd təsərrüfatı (heyvandarlıq) təyinatlı olmaqla həyata keçiriləcək.
Hərraca çıxarılan torpaq sahələrinin siyahısını təqdim edirik: emlak.gov.az
