...

"Qalatasaray"ın 8 futbolçusu kubok matçında oynamayacaq

İdman Materials 2 Mart 2026 19:00 (UTC +04:00)
"Qalatasaray"ın 8 futbolçusu kubok matçında oynamayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qalatasaray" Türkiyə Kuboku qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Alanyaspor"un qonağı olacaq.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Baş məşqçi Okan Buruk qapıçı Uğurcan Çakır, müdafiəçilər Davinson Sançes, Abdülkerim Bardakcı, yarımmüdafiəçi Mario Lemina və Viktor Osimhenə istirahət verib. Roland Şallai, Yunus Akgün və Mauro İkardi isə zədəlidir. Adıçəkilən oyunçular komanda ilə birlikdə səfərə aparılmayıb.

Qeyd edək ki, "Alanyaspor" - "Qalatasaray" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti