...

bp-nin icraçı vitse prezidenti Qordon Birrel Bakıya səfər edib

İqtisadiyyat Materials 2 Mart 2026 17:07 (UTC +04:00)
bp-nin icraçı vitse prezidenti Qordon Birrel Bakıya səfər edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda bir- günlük planlaşdırılmış işgüzar səfərdədir.

Qordon Birrelin Bakıya əvvəlki müntəzəm səfərlərində olduğu kimi bu dəfə də onun proqramına şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək daxildir.

Səfər proqramı çərçivəsində Qordon Birrel Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə də görüşüb.

Bu görüşlərdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələrinin irəliləyişi, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti