Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,893 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 14 milyon manat və ya 0,7% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 432 milyon manat 29,6% artıb.
Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin yanvarın 1-nə 1,907 miyard manat, ötən ilin fevralın 1-nə isə 1,461 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların kredit portfeli 29,980 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat), istehlak kreditlәri 31,4% (9,426 milyard manat) vә ipoteka kreditlәri 15,4% (4,605 milyard manat) təşkil edib.
