...

Böyük Britaniya quru sərhədi vasitəsilə İrandan Azərbaycana keçmək istəyən ölkə vətəndaşları üçün tövsiyələr yayıb

Siyasət Materials 2 Mart 2026 11:38 (UTC +04:00)
Böyük Britaniya quru sərhədi vasitəsilə İrandan Azərbaycana keçmək istəyən ölkə vətəndaşları üçün tövsiyələr yayıb
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti İranla quru sərhədi vasitəsilə Azərbaycana daxil olmaq istəyən ölkə vətəndaşları üçün tövsiyələr dərc edib.

Trend-in Böyük Britaniya hökumətinə istinadən verdiyi məlumata görə, açıqlamada qeyd olunur ki, Azərbaycan ilə İran arasındakı sərhəd bağlı olaraq qalır. Bununla belə, Böyük Britaniya vətəndaşları Azərbaycan hökumətinin xüsusi icazəsi olduğu halda Astara sərhəd-keçid məntəqəsi vasitəsilə sərhədi keçə bilərlər.

Bu icazə Bakıda yerləşən Böyük Britaniya səfirliyinin dəstəyi ilə rəsmiləşdirilməlidir.

Bildirilir ki, Astaradakı sərhəd-keçid məntəqəsinə yola düşməzdən əvvəl Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi (FCDO) ilə əlaqə saxlanılması tövsiyə olunur. Müraciət zamanı ərizəçinin İranda olub-olmaması və ya Böyük Britaniyadan hansısa qohumunun adından müraciət edib-etmədiyi göstərilməlidir.

“Böyük Britaniya vətəndaşları şəxsi məlumatlarını (ad, doğum tarixi, pasport məlumatları) təqdim etməlidirlər. Böyük Britaniya səfirliyi Azərbaycan hakimiyyət orqanlarından təsdiq və xüsusi kod təqdim edəcək. Rəsmiləşdirmə prosesi təxminən 48 saat çəkəcək. Sərhədi keçməzdən əvvəl həmin kod təqdim olunmalıdır. Həmçinin viza normal qaydada rəsmiləşdirilməlidir”, – deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti