...

İran Qüdsə və İsrailin digər şəhərlərinə ballistik raketlər atıb

Dünya xəbərləri Materials 2 Mart 2026 14:56 (UTC +04:00)
İran Qüdsə və İsrailin digər şəhərlərinə ballistik raketlər atıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İsrail ərazisinə buraxdığı ballistik raketlərin yeni dalğası ilə əlaqədar Qüdsdə və İsrailin mərkəzi bölgəsində yerləşən digər şəhərlərdə həyəcan siqnalı çalınır.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Bundan əvvəl ölkənin cənub bölgəsində oxşar şəkildə təbillər çalınmışdı.

Məlumata görə, Beyt Şemeşdə İranın bir gün öncəki raket hücumlarının qurbanlarının dəfn mərasimi zamanı həyəcan siqnalları işə düşüb. Şəhərdə partlayış səslərinin eşidildiyi bildirilir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti