...

İran beynəlxalq təşkilatlara məktub ünvanlayıb

Dünya xəbərləri Materials 2 Mart 2026 16:47 (UTC +04:00)
İran beynəlxalq təşkilatlara məktub ünvanlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Əraqçi beynəlxalq təşkilatlara və ölkələrin xarici işlər nazirlərinə ABŞ və İsrailin İrana hərbi hava hücumları ilə əlaqədar məktub ünvanlayıb.

Bu barədə Trend İran Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Məlumata əsasən, İran xarici işlər naziri Seyid Abbas Əraqçi BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubda BMT Ali Komissarlığı və ölkələrin xarici işlər nazirlərinə ABŞ və İsrailin İrana hərbi hava hücumları və İranın mövqeyini açıqlayıb.

İran xarici işlər naziri bildirib ki, 28 fevral tarixində hərbi hava hücumları nəticəsində İranda çoxlu sayda qeyri-hərbi obyektlər, o cümlədən məktəb, xəstəxana, xilasetmə təchizatı və sairə hədəf alınıb.

“İsrail və ABŞ-nin İrana hücumlarının ilk günündə Hörmüzqan vilayətinin Minab şəhərində qız məktəbinə hücumda 165 şagird həlak olub. Tehran, Qəzvin şəhərlərində çoxlu sayda sivil ölüb. 1 martda İranın Qırmızı Ayara Cəmiyyətinin binaları, Tehranda 3 xəstəxana, Əhvazda bir xəstəxana, Sərab, Çabahar və Həmədan şəhərlərində təcili yardım mərkəzləri vurulub. 2 martda Sənəndəc şəhərində yaşayış massivi vurulub, ölən və yaralananların sayı haqda dəqiqləşdirilməkdədir”, - deyə o bildirib.

İran xarici işlər naziri məktubda BMT, BMT Təhlükəsizlik Şurası və başqa beynəlxalq aidiyyəti qurumlardan bu hücumlarla əlaqədar ciddi tədbirlərin görülməsini istəyib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti