...

Kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli böyüyüb

İqtisadiyyat Materials 2 Mart 2026 13:47 (UTC +04:00)
Kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli 2,070 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 17,2 milyon manat və ya 0,8% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 283,7 milyon manat 15,9% artıb.

Belə ki, kənd təsərrüfatı sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin yanvarın 1-nə 2,087 miyard manat, ötən ilin fevralın 1-nə isə 1,786 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların kredit portfeli 29,980 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat), istehlak kreditlәri 31,4% (9,426 milyard manat) vә ipoteka kreditlәri 15,4% (4,605 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti