...

Azərbaycan və Moldova energetika sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndiriblər

Energetika Materials 2 Mart 2026 13:17 (UTC +04:00)
Azərbaycan və Moldova energetika sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndiriblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Moldova arasında təbii qaz və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Məşvərət Şurası nazirlərin iclasları ərəfəsində Moldovanın energetika naziri Dorin Junqetu ilə keçirilən görüşdə təbii qaz və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən il energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında enerji sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Həmçinin Moldovanın Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlı olduğu bildirilib.
Eyni zamanda həmin görüş zamanı Moldovada bioenerji və bioqaz sahələrində investisiya əsaslı əməkdaşlıq imkanları, ölkədə mövcud yaşıl güclər, həyata keçirilən bərpa olunan enerji hərracları barədə ətraflı məlumat verilib, Azərbaycan şirkətlərinin bu istiqamətlərdə reallaşdırılacaq layihələrdə iştirakı üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti