...

Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir - Həftəsonu qeydiyyat bitir

Cəmiyyət Materials 2 Mart 2026 08:59 (UTC +04:00)
Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir - Həftəsonu qeydiyyat bitir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Həcc ziyarəti üzrə kvotanın 83 faizdən çoxu tamamlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti