...

Azərbaycan-bp əməkdaşlığının gündəliyində duran perspektivli layihələr müzakirə edilib

Siyasət Materials 2 Mart 2026 12:51 (UTC +04:00)
Azərbaycan-bp əməkdaşlığının gündəliyində duran perspektivli layihələr müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 2-də bp şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə bp arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

Bildirilib ki, bp-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti