...

İran ordusu Xameneinin ölümü ilə bağlı bəyanat verib

Dünya xəbərləri Materials 1 Mart 2026 08:41 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Ali Liderinin Ayətullah Seyid Əli Xameneinin ölümünü Silahlı Qüvvələr cavabsız qoymayacaq.

Trend-in məlumatına görə, bu İran ordusunun yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanata əsasən, İranın Ali Liderinin yolu davam etdiriləcək.

Bəyanatda qeyd olunur ki, İran ordusu və Silahlı Qüvvələri ölkənin müstəqilliyi, ərazi bütövlüyü və hakimiyyətini qorumaq üçün ön cəbhədə dayanıb.

Qeyd edək ki, 28 fevralda İsrailin Tehrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ölüb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti