"Ford" 420 minə yaxın avtomobili geri çağırır

Dünya xəbərləri Materials 6 İyun 2026 19:01 (UTC +04:00)
"Ford" 420 minə yaxın avtomobili geri çağırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerikanın “Ford” avtokonserni 420 minə yaxın yolsuzluq avtomobilini (SUV) geri çağırır.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Söhbət 2018–2022-ci illərdə istehsal olunmuş təxminən 420.000 “Expedition” və “Navigator” SUV modelindən gedir.

Kütləvi geriçağırılmaya səbəb avtomobillərin təhlükəsizlik kəmərinin ön gərginləşdiricilərində (pretensioner) nöqsanın aşkarlanmasıdır. Belə ki, həmin nöqsan ucbatından qəza vaxtı kəmər tam effektiv olmaya bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti