Bakı. Trend:
NATO ölkələri Latviyada "Baltic Zenith 2026" hava hücumundan müdafiə qüvvələrinin təlimini keçirib.
Trend-in məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi xəbər verib.
Nazirlik qeyd edib ki, təlimdə Latviya, Litva, Estoniya, Kanada və İsveçdən olan hava hücumundan müdafiə qüvvələri iştirak ediblər.
Bildirilib ki, Baltik dənizi yaxınlığındakı Yurmaltsiems təlim poliqonunda iştirakçılar bir sıra gündüz və gecə atəş təlimləri keçiriblər.