Rəqiblər bizi yaxşı analiz etmişdilər, hər bir oyunda çətinlik çəkdik - millinin müdafiəçisi

İdman Materials 5 İyun 2026 19:52 (UTC +04:00)
Rəqiblər bizi yaxşı analiz etmişdilər, hər bir oyunda çətinlik çəkdik - millinin müdafiəçisi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Turnirə çox ciddi hazırlaşmışdıq. Ölkə daxilində və ölkə xaricində millinin məşqləri keçirmişdik.

Trend xəbər verir ki, bu fikirləri minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisinin müdafiəçisi Taleh Babayev hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, milllo Avropa çempionatına çox ciddi hazırlaşıb:

“Turnirə son çempion kimi qatılmışdıq. Bütün rəqiblər də bizi yaxşı analiz etmişdilər. Hər bir oyunda çətinlik çəkdik. Millinin hər bir üzvü oyunlara tamamilə fərqli motivasiya hissi ilə çıxırdı. Biz bu çətin işin öhdəsindən gəldik. İkinci dəfə ardıcıl Avropa çempionu olduq. Üzərimizdə çox böyük məsuliyyət hissi var idi”.

Xəbər lenti

Xəbər lenti