Bakı. Trend:
Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır.
Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib.
"Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu barədə danışmaq hələ tezdir. Bu, ilk növbədə, energetikaya aiddir. Biz Prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında mütləq danışacağıq”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Prezident Putin, həmçinin qeyd edib ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə davam edir.
