Bakı. Trend:
İngiltərənin “Liverpul” komandasının yeni baş məşqçisi bəlli olub.
Trend-in məlumatına görə, Mersisayd təmsilçisinə "Bornmut"dan ayrılan Andoni İraola təyin olunub. Tərəflər arasında bağlanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Liverpul”u son olaraq Arne Slot çalışdırıb. Niderlandlı mütəxəssis mayın 30-da istefaya göndərilib.