Azərbaycan ABŞ-dən süni intellekt texnologiyaları transfer edə bilər

Telekommunikasiya Materials 5 İyun 2026 12:07 (UTC +04:00)
Azərbaycan ABŞ-dən süni intellekt texnologiyaları transfer edə bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk rübündə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 296 milyon dollara çatdığı bildirilib.

Trend xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan və ABŞ arasında genişlənən əməkdaşlıq ölkədə süni intellekt və rəqəmsal texnologiyaların inkişafı üçün yeni imkanlar yaradır.

Bildirilib ki, imzalanan müqavilələr və süni intellekt üzrə işçi qrupunun fəaliyyəti Azərbaycanın bu sahədə ABŞ-dən daha çox texnologiya və innovasiya transfer etməsinə şərait yarada bilər. Həmçinin vurğulanıb ki, qlobal rəqəmsal iqtisadiyyatın həcmi son bir ildə 16 trilyon dollardan 24 trilyon dollara yüksəlib və ABŞ bu bazarın 25 faizinə sahib olmaqla lider mövqedədir.

Müzakirələr zamanı qeyd olunub ki, mövcud əməkdaşlıq Azərbaycanın regional süni intellekt mərkəzinə çevrilməsi üçün əlavə imkanlar yarada bilər.

Diqqətə çatdırılıb ki, ölkədə fəaliyyət göstərən Davos Forumunun Regional 4-cü Sənaye İnqilabı Mərkəzi, eləcə də süni intellekt və rəqəmsallaşmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olması bu sahənin inkişafına mühüm töhfə verir. Rəqəmsal transformasiyanın sürətlənməsinin iqtisadiyyatın şaxələndirilməsinə və yeni innovasiya ekosisteminin formalaşmasına dəstək olacağı bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun payı qeyri-neft ÜDM-nin 2,8 faizini təşkil edir. Bu isə rəqəmsal iqtisadiyyatın həcminin təxminən 3,3 milyard manat olduğunu göstərir. Yeni əməkdaşlıq mexanizmlərinin həmin göstəricinin daha da artmasına şərait yaradacağı vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti