Türkiyədə narkotiklərə qarşı əməliyyatda onlarla şəxs saxlanılıb

Dünya xəbərləri Materials 4 İyun 2026 17:16 (UTC +04:00)
Türkiyədə narkotiklərə qarşı əməliyyatda onlarla şəxs saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Şanlıurfa və Bursa vilayətlərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı jandarma tərəfindən keçirilən əməliyyatlar zamanı 135 şübhəli saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə DİN rəsmi "X" hesabında məlumat yayılıb.

Saxlanılan şəxslərdən 129-u barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlara 142 ictimai asayiş qrupu, 25 xüsusi-təyinatlı komando qrupu daxil olmaqla ümumilikdə 900 jandarma əməkdaşı və xüsusi hazırlıq keçmiş 10 narkotik axtarış iti cəlb olunub.

“Təhlükəsizlik qüvvələrimizin səmərəli əməliyyatları və cəmiyyətimizin dəstəyi sayəsində gənclərimizin gələcəyini hədəf alan narkotik alverçilərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk”, - deyə Türkiyə DİN-nin bəyanatında deyilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti