Qarabağ Su Regional İdarəsi əməkdaşlarının əksəriyyəti keçmiş məcburi köçkünlərdir

Cəmiyyət Materials 4 İyun 2026 11:01 (UTC +04:00)
Qarabağ Su Regional İdarəsi əməkdaşlarının əksəriyyəti keçmiş məcburi köçkünlərdir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qarabağ Su Regional İdarəsində çalışan əməkdaşların əksəriyyətini keçmiş məcburi köçkünlər təşkil edir.

Trend xəbər verir ki, bu barədə ADSEA-nın Xankəndiyə təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə açıqlama verən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev məlumat verib.

Onun sözlərinə görə, idarədə çalışanların böyük hissəsi uzun illər məcburi köçkün həyatı yaşamış şəxslərdir və onların arasında xüsusilə Xankəndidən olan əməkdaşlar üstünlük təşkil edir.

İ.Quliyev bildirib ki, işğaldan azad olunan Xankəndidə dünyaya gələn ilk körpənin valideynləri də Qarabağ Su Regional İdarəsinin əməkdaşlarıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti