Bakı.Trend:
Şri-Lankanın qərbində yerləşən qocalar evində baş vermiş güclü yanğın nəticəsində azı 12 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli polis idarəsinə istinadən məlumat yayıb.
İnsident Xoran şəhərinin Anquruvatot rayonunda baş verib. İlkin məlumata görə, xilasedicilər 44 nəfəri təhlükəsiz şəkildə təxliyə edib, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
3 nəfər itkin düşüb. Hadisənin səbəbləri araşdırılır.
